Seminar: “İKT sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi”

Posted on 10 Mart 2010. Filed under: Seminar | Etiketlər: , , , , , , , , , , , , , , , , |


Axtunq axtunq, diqqət, diqqət🙂

Bu həftə şənbə günü Qafqaz universitetində seminar verəcəm. İştirak sərbəstdir, qeydiyyat hər kəs üçün açıqdır və pulsuzdur.

Seminar tam adı: İnformasiya Kommunikasiya Texnologiyaları sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi

Yer: Qafqaz universiteti seminar salonu

Tarix: 13 Mart 2010 saat 10:30

Nəzərdə tutduğum hədəf auditoriya aşağıdakılardır:

1.Kompüter mühəndisliyi son kurs tələbələri – karyera seçimi və iş ilə bağlı qərar vermək üçün köməklik

2.Kompüter mühəndisliyi aşağı kurs tələbələri -gələcəyə yönəlik karyera hədəfləri haqqında onları düşündürmək və məlumatlandırmaq

3.Başqa sahə üzrə təhsil alan və ya oxuyan, amma İKT sahəsinə keçmək istəyənlər – iş həyatında yeni səhifə açmaq istəyənləri məlumatlandırmaq

Seminarda aşağıdakı mövzular haqqında məlumat verəcəm:

1.İKT sahəsindəki beynəlxalq sertifikatlar
2.Sertifikatların bilik və təcrübə səviyyəsinə görə təsnifatı
3.Sertifikatların İKT sahələrinə görə təsnifatı
4.Sertifikatın önəmi
5.Sertifikatın faydaları

Ümid edirəm ki, seminar iştirakçıları üçün faydalı olacaq.


Make a Comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

12 Cavab to “Seminar: “İKT sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi””

RSS Feed for Ramin Orucovun Java və Oracle bloqu Comments RSS Feed

Muellim neçe saat çekecek ?
saat neçede biter Seminar ?

1 saat nəzərdə tutulub. 11:30da, en geci saat 12ye qeder qurtarar yəqin ki.

Thanks…

3.Başqa sahə üzrə təhsil alan və ya oxuyan, amma İKT sahəsinə keçmək istəyənlər – iş həyatında yeni səhifə açmaq istəyənləri məlumatlandırmaq

mən başqa sahədə oxumuşam və başqa sahədə də işləyirəm, amma həmişə boş vaxtlarımda ancaq proqramlaşdırmaynan məşğulam. Birdəfəlik proqramlaşdırmaya keçmək istəyirəm. Nə məsləhət görərdiz?

Salam. Proqramlaşdırmadan konkret olaraq nə oxuyursunuz, nə ilə məşğulsunuz?

Ümumi olaraq 2 variant deyə belərəm:
1.Qısa müddətli plan – HTML, CSS, JavaScript, PHP və MySQL öyrənin. PHP öyrənmək daha asandır və iş imkanları çoxdur, maaş nisbətən azdır, amma fərdi sifarişlərlə əlavə gəlir qazana bilərsiniz.
2.Uzun müddətli plan – Java + Oracle SQL, PL/SQL+ Java web proqramlaşdırma və ya C#+Oracle SQL, PL/SQL + ASP.NET öyrənin, PHP-yə nisbətən çətindir, vaxt, həvəs, səbr və çoxlu çalışmaq lazımdır, iş imkanları PHP-yə görə daha azdır, amma daha perspektivli və maddi olaraq daha gəlirlidir.

Yerli iş axtarış saytlarında həm PHP, həm də Java vakansiyalarına baxın, tələb olunan bilik, təcrübə və təklif olunan maaşlara baxın.

Email adresinizə keçən il Oktyabrda Qafqazda verdiyim “İKT sahəsində iş imkanları” seminarının materiallarını göndərdim, orda əlaqə vasitələrim var, əgər istəsəniz, özünüz haqda daha ətraflı məlumat versəniz, daha konkret nəsə deyə bilərəm.

Bu arada riyaziyyat, tarix, iqtisadiyyat və s. ixtisasdan məzun olub hal-hazırda İKT sahəsində işləyən tanışlarım var. Hər şey mümkündür və öz əlinizdədir!
Uğurlar!

Təşəkkür edirəm

Dəyməz!

maraqlıdır.məlumatlandırdığınıza görə çox sağolun.

Siz də sağ olun.

Salam,kurs necə saat olacaq və universiteti qurtarıb amma magistraturanı oxumuyan şəxs gələ bilərmi.Gələndə necə müraciət etmək lazımdır ki,içəri buraxılaq.Sizə əvvəlcədən təşəkkürümü bildirirəm

Əleykə salam. Seminar 1-1.5 saat nəzərdə tutulub, 10:30-da başlayıb saat 12-yə qədər qurtarar yəqin ki. Seminar hər kəs üçün açıqdır, girişdə deyərsiniz ki, seminar üçün gəlmisiniz.

Thank you, I have recently been searching for info about this topic
for a long time and yours is the best I’ve found out till now. But, what about the conclusion? Are you sure about the source?


Where's The Comment Form?

    Haqqında

    Java ilə obyekt yönlü proqramlaşdırma, Java web proqramlaşdırma, Oracle SQL, PL/SQL proqramlaşdırma, optimallaşdırma

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...

%d bloqqer bunu bəyənir: