Video dərslər

Posted on 31 Mart 2010. Filed under: Java, Java web texnologiyaları, Oracle, PL/SQL, SQL, Video dərslər | Etiketlər: , , , , , , , , , , , , , |


Java və Oracle proqramlaşdırmaya aid video dərslər hazırlamaq barədə fikirləşirəm. Çünki yazılı material hazırlamaq çox vaxt aparır(ya da mən tənbəlləşmişəm:D). Video dərs ilə vizual olaraq başa salmaq və kod yazaraq praktiki şəkildə göstərmək daha rahatdır.

Hələlik fikirləşdiyim mövzular aşağıdakılardır:

Java üzrə mövzular:
1.Java ilə obyekt yönlü proqramlaşdırmanın əsasları (bu mövzu üzrə 2 video dərs var)
2.JDBC ilə Oracle verilənlər bazasının istifadəsi
3.Java Servlet və JSP ilə web proqramlaşdırma
4.Spring framework və Spring MVC
5.Java Server Faces(JSF) ilə web proqramlaşdırma
6.Java web proyektlərində təhlükəsizlik məsələləri
7.Java mobil proqramlaşdırma
8.SCJP 6 CX-310-065 imtahanına hazırlıq

Oracle üzrə mövzular:
1.Oracle SQL-ə giriş
2.Oracle PL/SQL-ə giriş
3.Advanced Oracle SQL
4.Advanced Oracle PL/SQL
5.PL/SQL performance tuning və optimization

Hansı mövzular daha maraqlıdı və tələbat var?
Zəhmət olmasa, təkliflərinizi şərh olaraq yazın, müzakirə edək.

Make a Comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

34 Cavab to “Video dərslər”

RSS Feed for Ramin Orucovun Java və Oracle bloqu Comments RSS Feed

7.Java mobil proqramlaşdırma

5.Java Server Faces(JSF) ilə web proqramlaşdırma

Bunlarda yogunluk verirseniz cok guzel olur ogrenme safhasindaki benim gibi javacilar icin

Iyi calismalar

JSF-dən əvvəl Servlet və JSP üzrə dərs hazırlamaq lazım, ona görə də JSF dərsləri gec olacaq.

Java üzrə mövzulara “SCJP 6 CX-310-065 imtahanına hazırlıq” əlavə olundu.

4.Spring framework və Spring MVC
5.Java Server Faces(JSF) ilə web proqramlaşdırma
6.Java web proyektlərində təhlükəsizlik məsələləri
7.Java mobil proqramlaşdırma

Salam, menim ucun shexsen Oracle DBA movzusu maraqlidir, onceden tesekkurler.

Əleykə salam. Mən Oracle DBA deyiləm, ona görə də bu haqda nəsə yazmağım düzgün deyil.
Kamran Ağayevin video dərsləri sizin üçün faydalı olar.
Mən isə Oracle SQL və PL/SQL haqqında yazılı və video dərslər hazırlaya bilərəm.

Bloqumu ziyarət edib şərh yazdığınız üçün təşəkkürlər!

Salam,
4.Spring framework və Spring MVC
5.Java Server Faces(JSF) ilə web proqramlaşdırma
6.Java web proyektlərində təhlükəsizlik məsələləri
7.Java mobil proqramlaşdırma
8.SCJP 6 CX-310-065 imtahanına hazırlıq

3.Advanced Oracle SQL
4.Advanced Oracle PL/SQL
5.PL/SQL performance tuning və optimization
Oracle PLSQL performans optimallaşdlrma

Zəhmət olmasa, imkan daxilində bu mövzulara toxunarsız. Əlbəttə, bu işinizlə Azərbaycanda proqramistlərin yaranması və formalaşması baxımından böyük addım atmış olarsınız.
Sizə uğurlar arzu edirəm.
Hörmətlə.

Oracle 11g SQL-ə giriş movzusu uzerinde artiq iwlere bawlamiwam ve bu yaxinlarda 12 hissleik video dersin ilk hissesini facebookda ve sizin saytinizda yerlewdirmek isteyirem🙂 Yaxwi olardiki siz bir bawa Oracle PL/SQL-ə giriş movzusundan bawlayasiniz, mende hevesle yukleyib baxaram Ramin muellim🙂 Ugurlar.

ne vaxt sizin bu videolari elde edeceyik?

Vaxt azlığına görə hələ ki, bununla məşğul ola bilməmişəm. İnşallah İyul ayında Java və Oracle ilə bağlı bir neçə video dərs hazırlamağı planlaşdırıram.

Salam, Oracle başlığı altında olan bütün bölmələrdən video dərslər hazırlansa əla olar. Amma yenə də sən nə hazırlasan endirib öyrənmək olar. PL/SQL və Java qarışıq bir şey alındırsan super olar.

Ramin bey, her ne video ders yazmagi bacarsaniz vaxt cercivesinde yazin. Cunki Azerbaycanda video dersler cox azdir, demek olar yox seviyyesinde. Insallah yaxsi olar bizde faydalanariq.

Ramazan və toy hazırlıqları ilə bağlı olaraq vaxt azlığı var. Amma imkan olanda Java və Oracle ilə bağlı praktiki video dərslər hazırlacam inşallah.

Salam Ramin. İşlərində uğurlar arzulayıram.
Amma video dərslər üçün yeqin ki, hamı sebrsizlik eliyir.
İnşaallah tezliklə bu dərsləri əldə edə bilərik.
Təşəkkürlər.

Əleykə salam. Toy hazırlıqlarına görə vaxtım çox azdır. Məzuniyyətə çıxım, video dərslərə başlayacam inşallah.

salam.fikriniz superrr.bir soz sorusum bu videolari pulla satacaqsiniz veya online olacaq?download etmek olacaq mi?

Əleykə salam. Video dərslər təbii ki, pulsuz olacaq. Məqsəd bilik paylaşmaq, kiməsə faydalı olmaqdır. İnternetdə paylaşıma açıq şəkildə qoyacam, video faylları download etmək imkanı olacaq.

sebirsizlikle bu dersleri gozleyirem

Salam Ramin müəllim!
Video dersler olsa çox gözəl olar.Oxumaqdan bezmişəm,vizual olaraq öyrənəndə daha yadda qalan olur.

Java üzrə ilk video dərs artıq hazırdır:

https://raminorucov.wordpress.com/2010/12/12/hello-java/

Ela fikirdir, buna hava su kimi ehtiyacimiz var🙂

[…] Video dərslər March 201021 comments […]

Ramin muellim indi Azerbaycanda hami JSP texn-si ile ishleyir.Mende JSP-le maraqlanirdim. Amma JSF cox maraqli ve rahatdir.Bu barede ne ise olsa cox yaxsi olar. bildiyime gore cox az adam bu texnologiya ile isleyir. Insallah vaxtiniz olanda bu movzu yaddan cixmasin.

Java web proqramlaşdırma dərsləri də olacaq. Hələlik fundamental anlayışlar haqqında dərslər hazırlayıram. Plan üzrə gedirəm.

Java Web programlasdirma derslerini gozleyirik,cox boyuk ehtiyac var buna

Java web proqramlaşdırma haqqında da olacaq inşallah.

Salam Admin men proqramlasdirmanin esaslarini oyrenmek isteyirem, men neyden ve nece bashlamaliyam ???

“Java web proyektlərində təhlükəsizlik məsələləri” bu başlıq haqqında fikirlerinizi bilmək istərdim ramin bəy

Salam Ramin. Movzualrin hamisi maraqlidir ve hamisina telebat var. Evvelini bilmesek sonrasini bilmerik ona gore de her birini ayri ayriliqda hazirlasaz yaxshi olardi.Amma mene geldikde ise mene bu deq JSF ile JSP hava-su kimi lazimdir !!!!!

Planda Servlet, JSP ilə bağlı video dərslər hazırlamaq var. Başlanğıc üçün bunlar JSF-dən daha vacibdir.

Birinci ders daha maraglidi menim fikrimce belke de menim daha cox ehtiyacim olduguna gore bele duwunurem amma en maragli gelen birinci movzu oldu nese:))))Java ilə obyekt yönlü proqramlaşdırmanın əsasları

Əllərinizə Sağliq!!!

Salam. Mənə bu mövzularda məlumatlar lazımdır:
-Oracle verilənlər bazasının arxitekturası
– Oracle VBİS-nin qurulması və verilənlər bazasının yaradılması
– Verilənlər bazasının planlanması – yanaşmalar, normallaşdırma, məlumat modeli – SQL dilinin əsasları. SQL sorğuları
Xahiş edirəm bu mövzularda məlumat yerləşdirin.

Əleykə salam.
Oracle bazasının qurulması və s. ilə bağlı məsələlər üçün həmkarım Kamran Ağayevin bloquna baxın. http://kamranagayev.com/
SQL ilə bağlı suallarınızı mənə verə bilərsiniz.


Where's The Comment Form?

    Haqqında

    Java ilə obyekt yönlü proqramlaşdırma, Java web proqramlaşdırma, Oracle SQL, PL/SQL proqramlaşdırma, optimallaşdırma

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...

%d bloqqer bunu bəyənir: