Windows 7 əməliyyat sistemində Oracle 11g R2-nin qurulması

Posted on 10 Aprel 2010. Filed under: Oracle | Etiketlər: , , , , , |


Bu yazıda Oracle 11g R2 (11.2.0.1.0) verilənlər bazası idarəetmə sisteminin Windows 7 əməliyyat sistemində qurulmasını addım addım göstərəcəm.

1. Oracle 11g R2 (11.2.0.1.0) verilənlər bazası idarəetmə sisteminin Windows üçün olan versiyasını aşağıdakı saytdan yükləyin (2 zip faylından ibarətdir).http://www.oracle.com/technology/software/products/database/index.html

2.7zip və ya hər hansı bir Zip proqramı ilə 1-ci fayldakı database qovluğunu kompüterinizdə hər hansı bir yerə kopyalayın. Diqqət edin ki, 2-ci zip faylındakı database\stage\Components qovluğundakı komponentləri digər komponentlərin yanına kopyalayın.

3.setup.exe proqramını işə salın. İlk addımda qarşınıza aşağıdakı pəncərə gələcək. Burada email adresinizi daxil etsəniz, Oracle şirkəti sizə 11g R2 verilənlər bazası ilə əlaqəli təhlükəsizlik məsələləri və s. ilə bağlı məlumat göndərəcək.

4.Aşağıdakı pəncərədə 1-ci variantı seçirik.

5.Aşağıdakı pəncərədə Oracle ilə bağlı bir neçə məlumatı daxil etmək lazımdır:

1) Komponentlərin və data faylların yeri
2) Oracle növü – Enterprise Edition
3) Kodlaşdırma – Unicode (AL32UTF8)
4) Servis adı – ORCL11GR2
5) Administrator parolu və təkrarı

Əgər daxil etdiyiniz administrator şifrəsi Oracle şirkətinin tövsiyə etdiyi təhlükəsizlik standartlarına uyğun gəlmirsə, aşağıdakı kimi xəbərdarlıq pəncərəsi çıxacaq.

Oracle şirkəti tövsiyə edir ki, administrator şifrəsinin uzunluğu minimal 8 simvol olmalıdır və onlardan heç olmasa biri böyük hərf, biri kiçik hərf, biri də rəqəm olmalıdır.

6.Aşağıdakı pəncərədə gördüyünüz kimi sistem tələbatları(RAM, harddiskdə boş yer və s.) yoxlanılır.

7.Artıq Oracle-ın qurulması üçün hazırıq, seçdiyimiz konfiqurasiya məlumatları aşağıda kimidir.

8.Oracle-ın qurulması başlandı.

Details düyməsinə vurmaqla açılan pəncərədə hal hazırda davam edən əməliyyatları görmək mümkündür.

9.Database Configuration Assistant (DBCA) yeni Oracle bazanı yaratmağa başladı.

Məndə Oracle Enterprise Managerin (OEM) konfiqurasiyası zamanı aşağıdakı xəbərdarlıq çıxdı, ümid edirəm ki, sizdə belə olmaz🙂

10.Yeni Oracle bazası artıq quruldu, indi isə “Password Management” düyməsinə vurub növbəti pəncərədə default Oracle istifadəçilərindən lazım olanları aktivləşdirib, şifrələrini dəyişmək lazımdır.

HR, OE və SCOTT istifadəçilərini aktivləşdirib şifrələrini dəyişirəm.

Yenə zəif şifrə barədə xəbərdarlıq pəncərəsi çıxır.

11.Oracle 11g R2 artıq yükləndi!

12.SQL Developer ilə yeni bazaya qoşuluruq.

Oracle versiyasını yoxlayıb əmin olaq🙂

Ümid edirəm ki, hər şey aydın oldu. Sual və təklifləriniz üçün şərh yaza bilərsiniz.
Uğurlar!

Make a Comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

16 Cavab to “Windows 7 əməliyyat sistemində Oracle 11g R2-nin qurulması”

RSS Feed for Ramin Orucovun Java və Oracle bloqu Comments RSS Feed

Əla dərs idi Ramin müəllim. Ən kiçik detallarına kimi başa salmısınız. Məncə bu dərsi birdə Video formatda etsəniz daha yaxşı olar.

Çox sağ ol, Cavid. Virtual maşında linux üstündə Oracle qurub video hazırlamaq olar.

Enterprise Manager-le mende de problem cixir,prosto CentOS-da🙂

Problemi həll edə bildin? Mən Oracle Enterprise Manager istifadə etmirəm deyə üstünə düşmədim.

tesekkurler hocam…
devamını bekliyoruz..oz dilimizde bir ilk yapmissınız

Çox sağ ol. İnşallah Java və Oracle ilə bağlı yeni yazılar olacaq.

muellim men Oracle-i install eledim normal install getdi.amma ne PL/SQL ne de Toad ile bazaya qosula bilmedim

Nə error verir? Error mesajını yaz, ona görə nəsə demək olar.

mende emeliyyat sistemi 64 bitlikdi. oracle 64-luk ucun olani yazdim.sonra Toad-i yazdim.Toad-da Utilities–> tnsnames acanda TnsNames not found yazilir. oracle-in qurasdirilmasi normal gedir.error vermir.

salam Ramin bey.men oracle database’ni komputere yukleyende men web browserden baglanmaq isteyende menden login parol istemeden birbasa home page’ye atir ve yazir ki
enterprice edition can not connect database instance.components are listed below.men her defe yukleyende bu errorla qarsilasiram.amma ordaki listener ve digetleri hamisi yasil ox isaresil ile hamisi up,suggest’di.yani isleyir.amma administration ve diger linkler islemir.target tapmir.host’u teyin ede bilmirem.her seyi windows account login parolu hamisini duzdun yerine yetirirem amma alinmir.

.internetden arasdirdigim variantlar da mene komek etmedi.

bir de men sql developer’i nece yukleyim…???

Salam. Oracle SQL Developeri bu linkdən yükləyə bilərsiniz. http://www.oracle.com/technetwork/developer-tools/sql-developer/downloads/index.html
Sizin əməliyyat sistemi 64 bitlik Windows olduğuna görə “Oracle SQL Developer for 64-bit Windows (This zip does not include a JDK)” seçin.
Daha sonra isə http://www.oracle.com/technetwork/java/javase/downloads/index.html saytından sizə uyğun JDK-nı yükləyin. Platform olaraq Windows x64 seçərsiniz. JDK-nı qurduqdan sonra Oracle SQL Developeri qura bilərsiniz.

Oracle probleminə belə konkret nəsə demək çətindir. Kompüterinizə Teamviewer proqramını qurub, mənimlə əlaqə saxlayın. İnternetdə vasitəsilə sizin kompüterə qoşulub baxım.
Teamviewer proqramını http://www.teamviewer.com/index.aspx saytından yükləyə bilərsiniz.

SAlam Ramin muelim men http://www.oracle.com/technology/software/products/database/index.html burda regsitraciyadan kecende meni oracle blok eledi yeni yeniden registr ola bilmirem basqa cur nece elde ede bilerem ?

Əleykə salam. Onda başqa qaynaqlardan tapıb yükləməyə çalışın.
Məsələn: http://rutracker.org/forum/viewtopic.php?t=3049774

Əla izahdr,Ramin müəllim.Əllərinizə sağlıq

Təşəkkür.


Where's The Comment Form?

    Haqqında

    Java ilə obyekt yönlü proqramlaşdırma, Java web proqramlaşdırma, Oracle SQL, PL/SQL proqramlaşdırma, optimallaşdırma

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...

%d bloqqer bunu bəyənir: