Java JDBC texnologiyası ilə CLOB və BLOB tipli məlumatlarla işləmək

Posted on 18 İyul 2010. Filed under: Java, JDBC, Oracle, PL/SQL, SQL | Etiketlər: , , , , |


Verilənlər bazasında böyük həcmdə mətn və qeyri mətn(şəkil, musiqi, video və s.) formatında məlumat saxlamaq üçün CLOB və BLOB tipləri istifadə olunur. CLOB(Character Large Object) böyük həcmdə mətn tipli məlumatları, BLOB(Binary Large Object) isə mətn tipli olmayan istənilən məlumatı(video, musiqi, şəkil, MS Office faylları, zip faylları və s.) bazada saxlamaq üçün istifadə olunur.

Java JDBC texnologiyası bütün verilənlər bazalarında CLOB və BLOB tipli məlumatlarla işləmək üçün universal imkan verir. Bu yazıda həmin imkan ətraflı izah ediləcək və nümunə proyekt üzərində əyani şəkildə göstiləcək.

İstifadə olunmuş proqram təminatı aşağıdakı kimidir:

  1. Netbeans 6.9 – open source
  2. Oracle Database 10g R2 Express Edition – pulsuz
  3. Oracle SQL Developer 2.1 – pulsuz

Nümunə olaraq LobManager adlı proyektdə CLOB və BLOB tipli məlumatların bazadan oxunması və yazılması göstəriləcək. Proyekt bloq yazılarında göstərilən kod nümunələrini CLOB olaraq, proqramın ekran görüntüsünü isə BLOB olaraq verilənlər bazasında saxlayan proqramdan ibarət olacaq. Bu proyektdə istifadə olunacaq cədvəlin strukturu aşağıdakı kimidir:

create table program_code(
    id number primary key,
    name varchar2(50), -- name for program source code
    description varchar2(200), -
    source clob, - program source code
    image blob – printscreen
);

İD sütunun primary key olaraq təyin edilmişdir, onun qiymətlərini avtomatik olaraq daxil etmək üçün aşağıdakı kimi bir sequence obyekti yaradaq.

create sequence program_code_seq
minvalue 1
increment by 1;

Əvvəlcə bu cədvələ nümunə məlumat daxil edək. Aşağıdakı anonim PL/SQL kod blokunu Oracle SQL Developer-də işlədək.

declare
 l_new_id number;
begin
 select program_code_seq.nextval into l_new_id from dual;
 insert into program_code(id, name, description) values(l_new_id, 'LobManager', 'Read and write LOB/CLOB data using Java');
 commit;
end;

Oracle 11g VBİS-də sequence obyektini bir başa istifadə etmək mümkündür, amma bu proyektdə Oracle 10g R2 XE istifadə olunduğun görə dual virtual cədvəlindən select etməklə sequence-in qiymətini artırmaq məcburiyyəti var.

CLOB tipli məlumatın bazaya yazılması

Bu tipli məlumatı bazaya yazmaq üçün 2 variant var:

  • ASCII stream
  • Unicode character stream

Məlumatı ASCII stream kimi yazanda unikod hərfləri itir, çünki bu kodlaşdırma sistemində 1 hərf 1 bayt yer tutur, ə,ü,ç,ş,ı,ğ kimi milli hərflərimiz isə bu sistemdə yer almır.
Aşağıda CLOB məlumatını ASCII stream kimi yazmağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
con.setAutoCommit(false);
String sql = "update program_code set source=? where id=(select max(id) from program_code)";
PreparedStatement ps = con.prepareStatement(sql);
File file = new File("d:\\source.java");
// Use buffered input stream to optimize performance
BufferedInputStream  fin = new BufferedInputStream(new FileInputStream(file));
// Write CLOB as byte stream - unicode characters are lost
ps.setAsciiStream(1, fin, (int)file.length());
int rowCount = ps.executeUpdate();
con.commit();
System.out.println("Write CLOB is successfull. Row count = " + rowCount);
ConnectionManager.close(con);

FileInputStream source.java faylından məlumatı baytlar şəklində oxuyur. Bu fayla proyektdə yer alan ClobManager sinifinin kodlarını yazmışam. Unicode hərflərinin necə yazılacağını yoxlamaq üçün faylın əvvəlində şərh olaraq milli hərflərimizi yazmışam. CLOB məlumatını ASCII stream ilə yazdığımıza görə milli hərflərimiz bazaya səhv yazıldı. Aşağıdakı şəkildə bunu görmək olar.

Tərkibində unikod hərfləri olan məlumatı Character stream kimi yazmaq lazımdır, çünki bu halda milli hərflərimiz düzgün şəkildə baytlara çevrilib yazılır, məlumat itkisi baş vermir. Javada hərflər unikod kodlaşdırma sistemi ilə saxlanılır, ə,ü,ç,ş,ı,ğ kimi milli hərflərimiz bu sistemdə 2 bayt yer tutur.

Aşağıda CLOB məlumatını Unicode Character stream kimi yazmağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
con.setAutoCommit(false);
String sql = "update program_code set source=? where id=(select max(id) from program_code)";
PreparedStatement ps = con.prepareStatement(sql);
File file = new File("d:\\source.java");
// Use buffered reader to optimize performance
BufferedReader reader = new BufferedReader(new FileReader(file));
// Write CLOB as unicode character stream - unicode characters
ps.setCharacterStream(1, reader, (int)file.length());
int rowCount = ps.executeUpdate();
con.commit();
System.out.println("Write CLOB is successfull. Row count = " + rowCount);
ConnectionManager.close(con);

FileReader sinifi fayldan məlumatları unikod kodlaşdırma sistemi ilə oxuyur. CLOB məlumatını Unicode character stream ilə yazdığımıza görə bu dəfə milli hərflərimiz bazaya düzgün yazıldı. Növbəti şəkildə bunu aydın görmək mümkündür:

CLOB tipli məlumatın bazadan oxunması

Bu tipli məlumatı verilənlər bazasına yazmaq üçün 2 variant var:

  • ASCII stream
  • Unicode character stream

Məlumatı ASCII stream kimi yazanda unikod hərfləri itir, çünki bu kodlaşdırma sistemində 1 hərf 1 bayt yer tutur, ə,ü,ç,ş,ı,ğ kimi milli hərflərimiz isə bu sistemdə yer almır.
Aşağıda CLOB məlumatını ASCII stream kimi oxumağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
String sql = "select id, name, description, source from program_code where id=(select max(id) from program_code)";
String file = "d:\\clob.txt";
PreparedStatement ps = con.prepareStatement(sql);
ResultSet rs = ps.executeQuery();
rs.next();
System.out.println("ID = " + rs.getLong(1));
System.out.println("Name = " + rs.getString(2));
System.out.println("Description = " + rs.getString(3));
// Use buffered input stream to optimize performance
BufferedInputStream bin = new BufferedInputStream(rs.getAsciiStream(4));
int character;
BufferedOutputStream bout = new BufferedOutputStream(new FileOutputStream(file));
while((character = bin.read()) != -1) {
 // Write clob data to file
 bout.write(character);
 // Write clob data to console
 System.out.print((char)character);
}
bout.close();
bin.close();
rs.close();
ConnectionManager.close(con);

Aşağıda CLOB məlumatını Unicode Character stream kimi oxumağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
String sql = "select id, name, description, source from program_code where id=(select max(id) from program_code";
String file = "d:\\clob.txt";
PreparedStatement ps = con.prepareStatement(sql);
ResultSet rs = ps.executeQuery();
rs.next();
System.out.println("ID = " + rs.getLong(1));
System.out.println("Name = " + rs.getString(2));
System.out.println("Description = " + rs.getString(3));
// Use buffered input stream to optimize performance
BufferedReader reader = new BufferedReader(rs.getCharacterStream(4));
int character;
BufferedWriter writer = new BufferedWriter(new FileWriter(file));
while((character = reader.read()) != -1) {
 // Write clob data to file
 writer.write(character);
 // Write clob data to console
 System.out.println(character);
}
writer.close();
reader.close();
rs.close();
ConnectionManager.close(con);

Burada oxuma və yazma əməliyyatlarının performansını artırmaq üçün FileReader obyekti BufferedReader ilə, FileWriter obyekti isə BufferedWriter obyekti ilə birgə istifadə olunmuşdur.

BLOB tipli məlumatı verilənlər bazasına yazmaq

BLOB tipli məlumat baytlardan ibarət olduğuna görə onu bazaya yazmaq üçün binary stream istifadə edilməlidir. Aşağıda BLOB məlumatını bazaya yazmağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
con.setAutoCommit(false);
String sql = "update program_code set image=? where id=(select max(id) from program_code)";
String file = "d:\\image.png";
PreparedStatement ps = con.prepareStatement(sql);
File file = new File(file);
// Use buffered input stream to optimize performance
BufferedInputStream fin = new BufferedInputStream(new FileInputStream(file));
// Write BLOB as binary stream
ps.setBinaryStream(1, fin, (int) file.length());
int rowCount = ps.executeUpdate();
con.commit();
System.out.println("Write BLOB is successfull. Row count = " + rowCount);
ConnectionManager.close(con);

Burada BLOB tipli məlumat olaraq ekranın printscreen edərək d:\image.png faylına yazmışam, proqram isə həmin şəkli bazaya BLOB olaraq yazır.

BLOB tipli məlumatı verilənlər bazasından oxumaq

BLOB tipli məlumat baytlardan ibarət olduğuna görə onu bazadan oxumaq üçün binary stream istifadə edilməlidir. Aşağıda BLOB məlumatını bazaya yazmağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
String sql = "select id, name, description, image from program_code where id=(select max(id) from program_code)";
String file = "d:\\blob.png";
PreparedStatement ps = con.prepareStatement(sql);
ResultSet rs = ps.executeQuery();
rs.next();
System.out.println("ID = " + rs.getLong(1));
System.out.println("Name = " + rs.getString(2));
System.out.println("Description = " + rs.getString(3));
// Use buffered input stream to optimize performance
BufferedInputStream bin = new BufferedInputStream(rs.getBinaryStream(4));
int character;
BufferedOutputStream bout = new BufferedOutputStream(new FileOutputStream(file));
while ((character = bin.read()) != -1) {
 // Write blob data to file
 bout.write(character);
}
System.out.println("BLOB data is written to " + file + " file");
bout.close();
bin.close();
rs.close();
ConnectionManager.close(con);

Bu proqramda isə bazadan oxuduğum BLOB tipli məlumat şəkildir, proqram həmin şəkli d:\blob.png faylına yazır.

Oracle SQL Developerdə həm CLOB həm də BLOB tipli məlumatları asanca görmək mümkündür.

Bizim nümunədə CLOB məlumat ClobManager.java proqram kodudur, onu görmək üçün aşağıdakı SQL sorğusunu işlədin

select * from program_code

Daha sonra source sütununa mouse ilə 2 dəfə vurun, redaktə rejiminə keçəcək və sağ tərəfdə qələm işarəsi çıxacaq. Həmin işarəyə vurduqda isə aşağıdakı şəkildəki kimi View value adlı pəncərə çıxacaq və onun daxilində ClobManager.java kodunu görmək olar.

BLOB tipli məlumatı görmək üçün də eyni qaydada qələm işarəsinə vururuq və açılan View Value pəncərəsinin aşağı hissəsində View as Image checkbox-unu seçməklə bazaya yazdığımız şəkli görə bilərik.

Proyekti  http://www.boxca.com/z27tv2jpcac0/LobManager.zip.html adresindən yükləyə bilərsiniz.

Suallarınız, təklif və tənqidləriniz üçün şərh yaza bilərsiniz. Ümid edirəm ki, faydalı oldu.

Qaynaqlar

1.Oracle® Database JDBC Developer’s Guide and Reference, 10g Release 2 (10.2) Part Number B14355-04

http://download.oracle.com/docs/cd/B19306_01/java.102/b14355/oralob.htm#g1070326

2.Expert Oracle JDBC Programming

http://www.amazon.com/Expert-Oracle-JDBC-Programming-Menon/dp/159059407X

Make a Comment

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

10 Cavab to “Java JDBC texnologiyası ilə CLOB və BLOB tipli məlumatlarla işləmək”

RSS Feed for Ramin Orucovun Java və Oracle bloqu Comments RSS Feed

Ramin Hocam guzel bir yazi olmus. Emeginize saglik

Təşəkkürlər.

Ramin hocam email gonderebilirmisiniz?

CLOB və ya BLOB tipli məlumatı emailə göndərmək haqda soruşursan?

Ela!

Ramin, teshekkur eliyirem, ishde lazim oldu mene, istifade etdim. Haqqimi halal ele )) Yoxsa seherden elleshirdim setBlob – nan verim ora oda mene oracle error verirdi – OCI-22275:invalid LOB locator specified
Onun niye bele etmesini bilmedim (

Faydalı olduğu üçün sevindim. OCI-22275 xətası haqqında proqram koduna baxıb daha dəqiq nəsə demək olar.

Mene ele gelir ki menim Java terefde duzeltdiyim BLOB -nan Oracle BLOB ust uste gelmirdi.. Belke de xeta edirem.. setBinaryStream-da uzunlugu gostermirdim deye ishlemirdi , eyni sehvi verirdi!

Elə ona görə olacaq, çünki blob məlumatın həcmini göstərmək lazımdır.

Mən proyekti yükləyə bilmədim


Where's The Comment Form?

    Haqqında

    Java ilə obyekt yönlü proqramlaşdırma, Java web proqramlaşdırma, Oracle SQL, PL/SQL proqramlaşdırma, optimallaşdırma

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...

%d bloqqer bunu bəyənir: