Archive for İ

Baku GTUG ilk “Hello World” tədbiri uğurla keçdi.

Posted on 20 Avqust 2011. Filed under: Seminar | Etiketlər: , , , |

Bu gün 20 Avqust tarixində Bakı Dövlət Universitetinin yeni tədris binasının akt zalında Baku Google Technology User Group-un “Hello World” adlı ilk tədbiri baş tutdu.

Baku GTUG Kamran Səmədli və Elvin Əfəndiyev tərəfindən yeni yaradılmış açıq bir qrupdur. Google technology user group-larda rəsmi olaraq qeydiyyatdan keçmişdir. http://baku.gtugs.org/

Belə bir qrupun yaranması haqda öyrənən kimi qeydiyyatdan keçdim, çünki özüm hal hazırda Android mobil platforması ilə çox maraqlanıram və məşğul oluram.Qrupun ilk tədbirinin müzakirələri zamanı mənə çıxış etməyi təklif etdilər, mən də Android platforması haqqında ümumi məlumat verici təqdimat üçün razılıq verdim.

İlk olaraq Kamran Səmədli və Elvin Əfəndiyev GTUG barədə ətraflı məlumat verdilər, Baku GTUG qrupunun məqsədi və fəaliyyət sahəsi barədə bildirdilər.

http://www.slideshare.net/farikus/baku-gtug-prezentasiyam

http://www.slideshare.net/farikus/baku-gtug

Daha sonra Əli İsmayılov Google APİ-lar haqqında təqdimat etdi.

Sonuncu mənim təqdimatım isə Android platformu haqqında ümumi məlumatlardan ibarət idi.

Təqdimatım aşağıdakı mövzuları əhatə edirdi:

  • Android nədir?
  • Android arxitekturu
  • Android proqramlaşdırma
  • Android application store-lar
  • Proqramlar
  • Təhlükəsizlik məsələləri
  • Azərbaycanda Android

Təqdimatın sonunda Azərbaycanlı Android proqramçılar Amid Quliyev, Məcid Cəbrayılov, Elvin Hacı, Rəcəb Davudov və onları proyektləri haqqında da məlumat verdim.

Təqdimat müddətində iştirakçılar üçün maraqlı bir neçə videolar da göstərdim. Ümid edirəm ki, hamı bəyəndi 🙂

http://www.youtube.com/watch?v=ZwzXvRpoPP4

http://www.youtube.com/watch?v=1Bk_nqUQ0fc

http://www.youtube.com/watch?v=bNNzRyd1xz0

http://www.youtube.com/watch?v=DpLRQy5cNIc

http://www.youtube.com/watch?v=fJMLr8BDQq8

http://www.youtube.com/watch?v=g9JBSEBu2q8

Mənim təqdimatıma aşağıdakı linkdə baxa bilərsiniz:
http://www.slideshare.net/raminorujov/android-platform-8936865

Tədbir haqqında artıq bir neçə yerdə məlumat verilib:

Fərhad Ələkbərova maraqlı və xoş rəylərinə görə təşəkkür edirəm: http://elekberov.com/?p=332

İnfoCity-də çıxmış xəbərə görə də Fərhada təşəkkürlər: http://www.infocity.az/index.php/news/90-courses-seminars/747-gtug

Şəkillərə görə Rəşad Əliyevə minnətdarlığımı bildirirəm.

Read Full Post | Make a Comment ( 3 so far )

    Haqqında

    Java ilə obyekt yönlü proqramlaşdırma, Java web proqramlaşdırma, Oracle SQL, PL/SQL proqramlaşdırma, optimallaşdırma

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...