Java

AZEROUG qrupunun 14 Sentyabr görüşü baş tutdu.

Posted on 16 Sentyabr 2013. Filed under: Java, JDBC, Oracle, PL/SQL, SQL | Etiketlər: , , , , , |

14 Sentyabr 2013 tarixində AZEROUG qrupunun növbəti görüşü Azercell Plazada baş tutdu. Təxmini 60 nəfər iştirakçı var idi.

Təşkilati dəstəyə görə Azercell Barama İnnovasiya mərkəzinə təşəkkürümü bildirirəm.

Bu görüşdə Oracle PL/SQL proqramlaşdırma ilə bağlı 2 təqdimat oldu.

Mənim təqdimatım Oracle 12c verilənlər bazasında proqramçılar üçün təqdim edilmiş yeniliklər haqda idi. Təqdimatda SQL, PL/SQL və JDBC ilə bağlı yeniliklər haqda məlumat verdim, VirtualBoxda qurulmuş Oracle 12c bazasında nümunə scriptlər göstərdim.

Təqdimatı buradan yükləyə bilərsiniz.

Görüşdən bəzi şəkillərə baxa bilərsiniz.

Advertisements
Tam Yazını Oxu | Make a Comment ( None so far )

OCE, Java EE 6 Web Component Developer sertifikatım gəlib çatdı

Posted on 12 Sentyabr 2013. Filed under: Java, Java web texnologiyaları |

Sertifikat gözlədiyimdən tez (19 günə) gəlib çatdı, Oracle şirkəti sağ olsun. Normalda 8 həftəyə qədər çəkə bilər. Bu da sertifikat və İD kartım, sağ əlim istəyənlərin başına  🙂

cert

Sertifikat imtahanı barədə əvvəlki yazım
https://raminorucov.wordpress.com/2013/09/08/oracle-certified-expert-java-platform-ee-6-web-component-developer/

Tam Yazını Oxu | Make a Comment ( None so far )

Oracle Certified Expert, Java Platform, EE 6 Web Component Developer

Posted on 8 Sentyabr 2013. Filed under: Java, Java web texnologiyaları | Etiketlər: , , , |

OCE_JavaEE6WebCompDev

24 Avqust 2013 tarixində “1Z0-899 Java Platform, EE 6 Web Component Developer Certified Expert” imtahanını uğurla keçdim və Java Web texnologiyaları üzrə qlobal olaraq tanınan
“Oracle Certified Expert, Java Platform, EE 6 Web Component Developer” adını qazandım. Sertifikatım Oktyabr ayının sonuna qədər gəlməlidir.

Bu sertifikat və keçid imtahanı haqda ətraflı məlumatı Oracle şirkətinin saytında əldə etmək mümkündür.

http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=458&get_params=p_track_id:JEE6WCD

Tam Yazını Oxu | Make a Comment ( 1 so far )

Java proqramından PL/SQL cursorunun istifadəsi

Posted on 19 Fevral 2011. Filed under: Java, JDBC, Oracle, PL/SQL | Etiketlər: , , , , , |

Bu yazıda Java proqramında PL/SQL prosedurunda təyin olunmuş cursor-un istifadəsini izah edəcəm.
Bunun üçün PL/SQL proqramlarında cursor-un nə olduğunu və necə istifadə olunduğunu bildiyinizi fərz edirəm.

Nümunə HR sxeması üzərində belə bir məsələyə baxaq.
Elə bir PL/SQL proqramı yazmaq lazımdır ki, ona verilmiş işçi əgər hansısa bir şöbənin rəhbəridirsə, onda həmin şöbədəki bütün prosedur işçilərin siyahısını qaytarsın. Əgər verilmiş işçi heç bir şöbənin rəhbəri deyilsə, onda özü və əgər varsa, onun tabeliyində olan işçilərin siyahısını qaytarmaq lazımdır. Prosedurdan qayıdan nəticə ona giriş olaraq göndərilmiş işçinin vəziyyətindən asılıdır.
Bu məsələnin cavabı olaraq aşağıdakı PL/SQL proqramını yazmaq olar.

create or replace procedure test_dyn_manager(p_employee_id in number, p_employee_list out sys_refcursor)
is
  l_dept_id number;
  cursor dept_cur 
  is 
    select department_id from departments
    where manager_id=p_employee_id;
begin
  open dept_cur;
  fetch dept_cur into l_dept_id;
  close dept_cur;
  
  if l_dept_id is not null
  then 
    open p_employee_list for 'select employee_id, first_name, last_name, job_id ' ||
      ' from employees where department_id='||l_dept_id || 
      ' order by department_id';      
  else
    open p_employee_list for 
      'select employee_id, first_name, last_name, job_id from employees where manager_id='||p_employee_id ||
      ' union all ' ||
      ' select employee_id, first_name, last_name, job_id from employees where employee_id='||p_employee_id ||
      ' order by employee_id'; 
  end if;
end test_dyn_manager;

Bu prosedurda əvvəlcə işçinin hər hansı bir şöbənin rəhbəri olub olmadığı yoxlanılır.
Əgər şöbə rəhbəridirsə, onda out parametr olaraq təyin olunmuş p_employee_list cursoru həmin şöbədəki işçilərin siyahını verən select sorğusu ilə əlaqələndirilir. Əgər işçi şöbə rəhbəri deyilsə, onda p_employee_list cursoru işçinin özünü və varsa, onun tabeliyindəki işçiləri verən select sorğusu ilə əlaqələndirilir.

Bu proseduru yoxlamaq üçün aşağıda anonim PL/SQL blokunu yazaq.

declare
  --l_emp_id number:= 103; -- Alexander	Hunold IT sobesinin rehberi
  --l_emp_id number := 101; -- Neena	Kochhar sobe rehberi deyil, amma tabeliyinde isciler var   
  l_emp_id number:= 204; -- Hermann Baer rehber deyil, sade iscidir
  l_emp_list sys_refcursor;  
  l_id number;
  l_first_name employees.first_name%type;
  l_last_name employees.last_name%type;
  l_job_id employees.job_id%type;
Begin
  test_dyn_manager(l_emp_id, l_emp_list);
  loop
    fetch l_emp_list into l_id, l_first_name, l_last_name, l_job_id;    
    exit when l_emp_list%notfound;
    dbms_output.put_line('Emp_id=' || l_id || ' first_name=' || l_first_name || ' last_name=' || l_last_name || ' job_id=' || l_job_id);
  end loop;
  close l_emp_list;
end;

İndi isə yazdığımız proseduru Java proqramından çağırıb istifadə edək. Aşağıdakı proseduru çağırmaq üçün lazım olan minimum kod blokunu verirəm. Proqramın tam kodunu yazının sonundakı linkdən proyekti yükləyərək əldə edə bilərsiniz.

            long id = 103;
            String firstName = "";
            String lastName = "";
            String job = "";
            
            String sql = "{call test_dyn_manager(?,?)}";
            callableStatement = connection.prepareCall(sql);
            callableStatement.registerOutParameter(2, OracleTypes.CURSOR);
            callableStatement.setLong(1, id);
            callableStatement.executeUpdate();
            ResultSet rs = (ResultSet) callableStatement.getObject(2);

            while(rs.next()) {
                id = rs.getLong("employee_id");
                firstName = rs.getString("first_name");
                lastName = rs.getString("last_name");
                job = rs.getString("job_id");            
                System.out.print("Id = " + id);
                System.out.print(" employee = " + firstName + " " + lastName);
                System.out.print(" job " + job);
                System.out.println();
            }

Prosedurun 2-ci parametrini out olaraq təyin etmək lazımdır. Bu zaman tip olaraq OracleTypes.CURSOR göstərilməlidir ki, sys_refcursor tipli bu parametrin Javada ResultSet obyekti olaraq oxumaq mümkün olsun.

Ümid edirəm ki, aydın oldu.
Proqramın tam versiyasını aşağıdakı linkdən yükləyə bilərsiniz.
http://www.boxca.com/70cfriqt1gsh/JdbcSysRefCursor.zip.html
Oracle bazasına qoşulmaq üçün lazımi konfiqurasiya məlumatları database.properties faylında yazılıb, öz sisteminizə uyğun dəyişə bilərsiniz.
Prosedurun kodu və test sql, pl/sql sorğuları database.sql faylına yazılıb.

Sual, tənqid və təkliflərinizi şərh olaraq yaza bilərsiniz.
Uğurlar!

Tam Yazını Oxu | Make a Comment ( 4 so far )

Java ilə Oracle PL/SQL proqramlarının istifadəsi

Posted on 15 Fevral 2011. Filed under: Java, JDBC, Oracle, PL/SQL | Etiketlər: , , , , , , |

Bu yazıda Oracle verilənlər bazasındakı PL/SQL prosedur və funksiyalarının Java proqramında istifadəsini göstərəcəyəm.
Nümunə olaraq HR sxemasındakı EMPLOYEES cədvəlini istifadə edəcəyəm.
Əvvəlcə EMPLOYEES cədvəlinə yeni işçi əlavə etmək üçün aşağıdakı PL/SQL prosedurunu yazaq.

create or replace procedure add_employee(
  p_employee_id out employees.employee_id%type,
  p_first_name in employees.first_name%type,
  p_last_name in employees.last_name%type,
  p_email in employees.email%type,
  p_hire_date in employees.hire_date%type,
  p_salary in employees.salary%type,
  p_department_id in employees.department_id%type,
  p_job_id in employees.job_id%type
)
is
begin
  select employees_seq.nextval into p_employee_id from dual;

  -- Oracle 11g bazasında sequence obyektini aşağıdakı kimi istifadə etmək mümkündür. 
  --p_employee_id := employees_seq.nextval;
  
  insert into employees(employee_id, first_name, last_name, email, hire_date, salary, department_id, job_id)
  values( p_employee_id, p_first_name, p_last_name, p_email, p_hire_date, p_salary, p_department_id, p_job_id);
end add_employee;

Bu prosedurda yeni işçiyə aid id sütununun avtomatik generasiyası üçün EMPLOYEES_SEQ obyekti istifadə olunur və onun qiyməti p_employee_id parametrinə mənimsədilib geri qaytarılır. Buna görə də həmin parametr out olaraq təyin edilib.

Bu prosedurunu aşağıdakı anonim PL/SQL bloku ilə yoxlamaq olar.

DECLARE
  l_new_emp_id NUMBER;
BEGIN
  add_employee(p_employee_id => l_new_emp_id, p_first_name => 'Ulvi', p_last_name => 'Qasimov', 
      p_department_id => 60, p_job_id => 'IT_PROG', p_email => 'ulvi@yahoo.com', 
      p_hire_date => to_date('14.02.2011', 'dd.mm.yyyy'), p_salary => 2000);
  dbms_output.put_line('Yeni isci kodu =  ' || l_new_emp_id);
END;

Bu proseduru Java proqramından aşağıdakı kimi çağırmaq olar. Aşağıda ancaq lazımi kod bloklarını yazmışam, proyektin tam versiyasını aşağıdakı linkdən yükləyə bilərsiniz.
Java ilə PL/SQL prosedur və funksiyasını çağırmaq üçün CallableStatement sinifi istifadə olunmalıdır.

String sql = "";
CallableStatement callableStatement = null;
// Yeni isci elave etmek
long id = 0;
String firstName = "Əli";
String lastName = "Əliyev";
String email = "ali@yahoo7.com";
double salary = 2222.0;
String job = "IT_PROG";
Date hireDate = new Date(); // bu gunku tarix
long department = 60;

// ? işarələri parametrləri göstərir, sırasına uyğun olaraq məlumatları vermək lazımdır.
sql = "{call add_employee(?,?,?,?,?,?,?,?)}";
callableStatement =  connection.prepareCall(sql);

// 1-ci parameter <strong>p_employee_id</strong> out parametr olduğuna görə onu ayrıca qeyd etmək lazımdır. 
callableStatement.registerOutParameter(1, Types.INTEGER);
callableStatement.setString(2, firstName);
callableStatement.setString(3, lastName);
callableStatement.setString(4, email);
callableStatement.setDate(5, convert(new Date()));
callableStatement.setDouble(6, salary);
callableStatement.setLong(7, department);
callableStatement.setString(8, job);
// proseduru işlədirik
callableStatement.executeUpdate();
// p_employee_id parametrinin qiymətini çap edirik
id = callableStatement.getLong(1);
System.out.println("Yeni isci kodu = " + id);

Burada bir neçə vacib məqamlar var:
1.JDBC ilə PL/SQL prosedurunu çağırmağın sintaksisi aşağıdakı kimidir:
{call prosedur_adı(parametr1, parametr2, … parametrN)}
Burada hər bir parametr üçün bir sual işarəsi yazılmalıdır.
2.Out parametrlər aşağıdakı kimi təyin edilməlidir:
callableStatement.registerOutParameter(parametr_sira_nomresi, parametr_tipi);
Parametr tipi olaraq java.sql.Types sinifindəki sabit qiymətlərdən uyğun olanı göstərmək lazımdır.
3.executeUpdate() metodu ilə proseduru işlədirik və bundan sonra out parametrlərinin qiymətini oxuyuruq.

İndi isə PL/SQL funksiyasının Java ilə necə istifadə olunmağına baxaq.
Əvvəlcə aşağıdakı kimi sadə bir funksiya yazaq.

create or replace function topla(a in number, b in  number)
return number
is
begin 
  return a+b;
end topla;

Bu funksiyanı Java proqramından aşağıdakı kimi çağıra bilərik.

sql = "{call ? := topla(?,?)}";
callableStatement = connection.prepareCall(sql);
callableStatement.registerOutParameter(1, Types.INTEGER);
callableStatement.setInt(2, 5);
callableStatement.setInt(3, 7);
callableStatement.executeUpdate();
int netice = callableStatement.getInt(1);
System.out.println("Netice = " + netice);

Burada vacib olan məqam funksiyadan qayıdan qiymətin java ilə necə oxunmasıdır.
? := ifadəsində bərabərlikdən əvvəlki ? işarəsi funksiyadan qayıdan qiyməti saxlayan parametrdir və out rejimində təyin edilməlidir.

Ümid edirəm ki, aydın oldu.
Proyektin tam kodunu aşağıdakı linkdən yükləyə bilərsiniz.
http://www.boxca.com/qqsybk73v3ll/JdbcPlsql.zip.html

Tam Yazını Oxu | Make a Comment ( 1 so far )

Bye bye 2010, welcome 2011 :)

Posted on 3 Yanvar 2011. Filed under: Java |

The stats helper monkeys at WordPress.com mulled over how this blog did in 2010, and here’s a high level summary of its overall blog health:

Healthy blog!

The Blog-Health-o-Meter™ reads Wow.

Crunchy numbers

Featured image

A Boeing 747-400 passenger jet can hold 416 passengers. This blog was viewed about 8,500 times in 2010. That’s about 20 full 747s.

In 2010, there were 21 new posts, growing the total archive of this blog to 22 posts. There were 57 pictures uploaded, taking up a total of 13mb. That’s about 1 pictures per week.

The busiest day of the year was December 15th with 251 views. The most popular post that day was Java ilə obyekt yönlü proqramlaşdırmanın əsasları 2-ci dərs.

Where did they come from?

The top referring sites in 2010 were facebook.com, linkedin.com, az.wordpress.com, weboxu.com, and disput.az.

Some visitors came searching, mostly for ramin orucov, verilənlər bazası, aciq ders, web texnologiyalari, and web texnologiyaları.

Attractions in 2010

These are the posts and pages that got the most views in 2010.

1

Java ilə obyekt yönlü proqramlaşdırmanın əsasları 2-ci dərs December 2010
6 comments and 2 Likes on WordPress.com

2

CV January 2010
11 comments

3

Sun Certified Java Programmer February 2010
9 comments

4

Java ilə Oracle bazasına qoşulmaq January 2010
20 comments and 1 Like on WordPress.com,

5

Video dərslər March 2010
21 comments

Tam Yazını Oxu | Make a Comment ( None so far )

Bakalavr diplom işim – Mobil Web Servisləri və Java Platformu

Posted on 29 Dekabr 2010. Filed under: Java | Etiketlər: , , , , , , , , , , |


Bakalavr diplom işimi paylaşmaq qərarına gəldim. Mövzumun adı “Mobil Web Servisləri və Java Platformu”-dur. Həmin vaxtlar (2005-2006-ci illər) Java ilə mobil proqramlaşdırmaya marağım var idi. Həmçinin yeni texnologiya olaraq Web servislərini araşdırırdım. Bu ikisinin sintezi nəticəsində diplom işimin mövzusunu özüm belə seçdim. Bir il ərzində araşdırdım, öyrəndim, diplom işimi yazdım, həmçinin bu texnologiyaların tətbiqinə nümunə olaraq mobil proqram da yazdım.
Diplom işinin nələri əhatə etdiyini görməyiniz üçün ön sözü buraya yerləşdirdim:

Bu diplom işimdə web servisləri texnologiyalarını və standartlarını, mobil cihazlardan web servislərin istifadə etmək imkanlarını araşdırmışam.
Birinci bölmədə Java platformu və mobil Java texnologiyaları haqqında məlumat verilmişdir.
İkinci bölmədə web servisləri, standartlar və texnologiyalar haqqında məlumat verilmişdir.
Üçüncü bölmədə mobil web servisləri, standartlar və texnologiyalar, dördüncü bölmədə isə necə onların layihələndirilməsi haqqında məlumat, beşinci bölmədə isə MobiGoogle adlı nümunə bir proqram təqdim edilmişdir.
Mobil web servisləri yeni anlayış olduğu üçün bu barədə qaynaq və kitablar azdır. Qaynaq olaraq əsasən Internet və mövzu ilə bağlı oxuduğum kitab və məqalələri istifadə etmişəm.

Diplom işi pdf formatında buradan yükləyə bilərsiniz:
Mobil Web Servisleri və Java Platformu
Ümid edirəm ki, kiməsə maraqlı, faydalı olar 🙂

Tam Yazını Oxu | Make a Comment ( 4 so far )

Java ilə obyekt yönlü proqramlaşdırmanın əsasları 2-ci dərs

Posted on 15 Dekabr 2010. Filed under: Java, Video dərslər | Etiketlər: , , , , , , , , , , , , , , , , , , , |


Java ilə obyekt yönlü proqramlaşdırmanın əsasları seriyasından hazırladığım 2-ci dərsi təqdim edirəm. Bu dərsin müddəti 46 dəqiqədir.

Bu dərsdə aşağıdakı mövzuları izah etmişəm:
1.Dəyişənlər
2.Məlumat tipləri və mənfi ədədlər
3.Operatorlar
4.Şərti ifadələr
5.Dövrlər

Video dərsə bu linkdən baxa bilərsiniz: http://vimeo.com/17823387
Əgər vimeo.com-da qeydiyyatdan keçmisinizsə, dərsi MP4 formatında saytdan yükləyə bilərsiniz.

Bu dərsin materiallarını (təqdimat və proyektlər) bu linkdən yükləyə bilərsiniz:

http://www.boxca.com/t0yjvlgyczrh/Ramin_Orucov_java_ders2_15.12.2010.zip.html

Ümid edirəm ki, hazırladığım bu video dərs Java öyrənənlərə faydalı olar.
Dərslə bağlı tənqid və təkliflərini şərh olaraq yaza bilərsiniz.

Qeyd 1. Bu dərsi gecə hazırladığıma görə montaj etməyə vaxtım olmadı, videoda qüsurlar varsa, bağışlayın.
Qeyd 2. Video faylı 15 dəqiqədən çox olduğuna görə youtube onu qəbul etmədi.

Tam Yazını Oxu | Make a Comment ( 12 so far )

Javaya yeni başlayanlar üçün hazırladığım ilk video dərs

Posted on 12 Dekabr 2010. Filed under: Java, Video dərslər | Etiketlər: , , , , , , , , , , , , , |


Java proqramlaşdırmaya yeni başlayanlar üçün video dərs hazırlamışam.
Bu video dərsdə aşağıdakı mövzular əhatə olunur:
1.JDK-nın qurulması
2.Notepad++ ilə HelloWorld proqramının yazılması
3.Netbeans ilə HelloWorld proqramının yazılması

Bu dərs sırf Java dünyasına ilk addımlarını atanlar üçün nəzərdə tutulub.
Əvvəldən deyirəm ki, bu dərs Java bilənlər üçün maraqsız gələcək 🙂

Video dərsə bu linklərdən baxa bilərsiniz:
Vimeo – http://vimeo.com/17733463
Youtube – http://www.youtube.com/watch?v=7kMdYyq_2TA

Tam Yazını Oxu | Make a Comment ( 16 so far )

Java JDBC texnologiyası ilə CLOB və BLOB tipli məlumatlarla işləmək

Posted on 18 İyul 2010. Filed under: Java, JDBC, Oracle, PL/SQL, SQL | Etiketlər: , , , , |

Verilənlər bazasında böyük həcmdə mətn və qeyri mətn(şəkil, musiqi, video və s.) formatında məlumat saxlamaq üçün CLOB və BLOB tipləri istifadə olunur. CLOB(Character Large Object) böyük həcmdə mətn tipli məlumatları, BLOB(Binary Large Object) isə mətn tipli olmayan istənilən məlumatı(video, musiqi, şəkil, MS Office faylları, zip faylları və s.) bazada saxlamaq üçün istifadə olunur.

Java JDBC texnologiyası bütün verilənlər bazalarında CLOB və BLOB tipli məlumatlarla işləmək üçün universal imkan verir. Bu yazıda həmin imkan ətraflı izah ediləcək və nümunə proyekt üzərində əyani şəkildə göstiləcək.

İstifadə olunmuş proqram təminatı aşağıdakı kimidir:

  1. Netbeans 6.9 – open source
  2. Oracle Database 10g R2 Express Edition – pulsuz
  3. Oracle SQL Developer 2.1 – pulsuz

Nümunə olaraq LobManager adlı proyektdə CLOB və BLOB tipli məlumatların bazadan oxunması və yazılması göstəriləcək. Proyekt bloq yazılarında göstərilən kod nümunələrini CLOB olaraq, proqramın ekran görüntüsünü isə BLOB olaraq verilənlər bazasında saxlayan proqramdan ibarət olacaq. Bu proyektdə istifadə olunacaq cədvəlin strukturu aşağıdakı kimidir:

create table program_code(
    id number primary key,
    name varchar2(50), -- name for program source code
    description varchar2(200), -
    source clob, - program source code
    image blob – printscreen
);

İD sütunun primary key olaraq təyin edilmişdir, onun qiymətlərini avtomatik olaraq daxil etmək üçün aşağıdakı kimi bir sequence obyekti yaradaq.

create sequence program_code_seq
minvalue 1
increment by 1;

Əvvəlcə bu cədvələ nümunə məlumat daxil edək. Aşağıdakı anonim PL/SQL kod blokunu Oracle SQL Developer-də işlədək.

declare
 l_new_id number;
begin
 select program_code_seq.nextval into l_new_id from dual;
 insert into program_code(id, name, description) values(l_new_id, 'LobManager', 'Read and write LOB/CLOB data using Java');
 commit;
end;

Oracle 11g VBİS-də sequence obyektini bir başa istifadə etmək mümkündür, amma bu proyektdə Oracle 10g R2 XE istifadə olunduğun görə dual virtual cədvəlindən select etməklə sequence-in qiymətini artırmaq məcburiyyəti var.

CLOB tipli məlumatın bazaya yazılması

Bu tipli məlumatı bazaya yazmaq üçün 2 variant var:

  • ASCII stream
  • Unicode character stream

Məlumatı ASCII stream kimi yazanda unikod hərfləri itir, çünki bu kodlaşdırma sistemində 1 hərf 1 bayt yer tutur, ə,ü,ç,ş,ı,ğ kimi milli hərflərimiz isə bu sistemdə yer almır.
Aşağıda CLOB məlumatını ASCII stream kimi yazmağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
con.setAutoCommit(false);
String sql = "update program_code set source=? where id=(select max(id) from program_code)";
PreparedStatement ps = con.prepareStatement(sql);
File file = new File("d:\\source.java");
// Use buffered input stream to optimize performance
BufferedInputStream  fin = new BufferedInputStream(new FileInputStream(file));
// Write CLOB as byte stream - unicode characters are lost
ps.setAsciiStream(1, fin, (int)file.length());
int rowCount = ps.executeUpdate();
con.commit();
System.out.println("Write CLOB is successfull. Row count = " + rowCount);
ConnectionManager.close(con);

FileInputStream source.java faylından məlumatı baytlar şəklində oxuyur. Bu fayla proyektdə yer alan ClobManager sinifinin kodlarını yazmışam. Unicode hərflərinin necə yazılacağını yoxlamaq üçün faylın əvvəlində şərh olaraq milli hərflərimizi yazmışam. CLOB məlumatını ASCII stream ilə yazdığımıza görə milli hərflərimiz bazaya səhv yazıldı. Aşağıdakı şəkildə bunu görmək olar.

Tərkibində unikod hərfləri olan məlumatı Character stream kimi yazmaq lazımdır, çünki bu halda milli hərflərimiz düzgün şəkildə baytlara çevrilib yazılır, məlumat itkisi baş vermir. Javada hərflər unikod kodlaşdırma sistemi ilə saxlanılır, ə,ü,ç,ş,ı,ğ kimi milli hərflərimiz bu sistemdə 2 bayt yer tutur.

Aşağıda CLOB məlumatını Unicode Character stream kimi yazmağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
con.setAutoCommit(false);
String sql = "update program_code set source=? where id=(select max(id) from program_code)";
PreparedStatement ps = con.prepareStatement(sql);
File file = new File("d:\\source.java");
// Use buffered reader to optimize performance
BufferedReader reader = new BufferedReader(new FileReader(file));
// Write CLOB as unicode character stream - unicode characters
ps.setCharacterStream(1, reader, (int)file.length());
int rowCount = ps.executeUpdate();
con.commit();
System.out.println("Write CLOB is successfull. Row count = " + rowCount);
ConnectionManager.close(con);

FileReader sinifi fayldan məlumatları unikod kodlaşdırma sistemi ilə oxuyur. CLOB məlumatını Unicode character stream ilə yazdığımıza görə bu dəfə milli hərflərimiz bazaya düzgün yazıldı. Növbəti şəkildə bunu aydın görmək mümkündür:

CLOB tipli məlumatın bazadan oxunması

Bu tipli məlumatı verilənlər bazasına yazmaq üçün 2 variant var:

  • ASCII stream
  • Unicode character stream

Məlumatı ASCII stream kimi yazanda unikod hərfləri itir, çünki bu kodlaşdırma sistemində 1 hərf 1 bayt yer tutur, ə,ü,ç,ş,ı,ğ kimi milli hərflərimiz isə bu sistemdə yer almır.
Aşağıda CLOB məlumatını ASCII stream kimi oxumağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
String sql = "select id, name, description, source from program_code where id=(select max(id) from program_code)";
String file = "d:\\clob.txt";
PreparedStatement ps = con.prepareStatement(sql);
ResultSet rs = ps.executeQuery();
rs.next();
System.out.println("ID = " + rs.getLong(1));
System.out.println("Name = " + rs.getString(2));
System.out.println("Description = " + rs.getString(3));
// Use buffered input stream to optimize performance
BufferedInputStream bin = new BufferedInputStream(rs.getAsciiStream(4));
int character;
BufferedOutputStream bout = new BufferedOutputStream(new FileOutputStream(file));
while((character = bin.read()) != -1) {
 // Write clob data to file
 bout.write(character);
 // Write clob data to console
 System.out.print((char)character);
}
bout.close();
bin.close();
rs.close();
ConnectionManager.close(con);

Aşağıda CLOB məlumatını Unicode Character stream kimi oxumağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
String sql = "select id, name, description, source from program_code where id=(select max(id) from program_code";
String file = "d:\\clob.txt";
PreparedStatement ps = con.prepareStatement(sql);
ResultSet rs = ps.executeQuery();
rs.next();
System.out.println("ID = " + rs.getLong(1));
System.out.println("Name = " + rs.getString(2));
System.out.println("Description = " + rs.getString(3));
// Use buffered input stream to optimize performance
BufferedReader reader = new BufferedReader(rs.getCharacterStream(4));
int character;
BufferedWriter writer = new BufferedWriter(new FileWriter(file));
while((character = reader.read()) != -1) {
 // Write clob data to file
 writer.write(character);
 // Write clob data to console
 System.out.println(character);
}
writer.close();
reader.close();
rs.close();
ConnectionManager.close(con);

Burada oxuma və yazma əməliyyatlarının performansını artırmaq üçün FileReader obyekti BufferedReader ilə, FileWriter obyekti isə BufferedWriter obyekti ilə birgə istifadə olunmuşdur.

BLOB tipli məlumatı verilənlər bazasına yazmaq

BLOB tipli məlumat baytlardan ibarət olduğuna görə onu bazaya yazmaq üçün binary stream istifadə edilməlidir. Aşağıda BLOB məlumatını bazaya yazmağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
con.setAutoCommit(false);
String sql = "update program_code set image=? where id=(select max(id) from program_code)";
String file = "d:\\image.png";
PreparedStatement ps = con.prepareStatement(sql);
File file = new File(file);
// Use buffered input stream to optimize performance
BufferedInputStream fin = new BufferedInputStream(new FileInputStream(file));
// Write BLOB as binary stream
ps.setBinaryStream(1, fin, (int) file.length());
int rowCount = ps.executeUpdate();
con.commit();
System.out.println("Write BLOB is successfull. Row count = " + rowCount);
ConnectionManager.close(con);

Burada BLOB tipli məlumat olaraq ekranın printscreen edərək d:\image.png faylına yazmışam, proqram isə həmin şəkli bazaya BLOB olaraq yazır.

BLOB tipli məlumatı verilənlər bazasından oxumaq

BLOB tipli məlumat baytlardan ibarət olduğuna görə onu bazadan oxumaq üçün binary stream istifadə edilməlidir. Aşağıda BLOB məlumatını bazaya yazmağa aid nümunə kod verilmişdir:

Connection con = ConnectionManager.getConnection();
String sql = "select id, name, description, image from program_code where id=(select max(id) from program_code)";
String file = "d:\\blob.png";
PreparedStatement ps = con.prepareStatement(sql);
ResultSet rs = ps.executeQuery();
rs.next();
System.out.println("ID = " + rs.getLong(1));
System.out.println("Name = " + rs.getString(2));
System.out.println("Description = " + rs.getString(3));
// Use buffered input stream to optimize performance
BufferedInputStream bin = new BufferedInputStream(rs.getBinaryStream(4));
int character;
BufferedOutputStream bout = new BufferedOutputStream(new FileOutputStream(file));
while ((character = bin.read()) != -1) {
 // Write blob data to file
 bout.write(character);
}
System.out.println("BLOB data is written to " + file + " file");
bout.close();
bin.close();
rs.close();
ConnectionManager.close(con);

Bu proqramda isə bazadan oxuduğum BLOB tipli məlumat şəkildir, proqram həmin şəkli d:\blob.png faylına yazır.

Oracle SQL Developerdə həm CLOB həm də BLOB tipli məlumatları asanca görmək mümkündür.

Bizim nümunədə CLOB məlumat ClobManager.java proqram kodudur, onu görmək üçün aşağıdakı SQL sorğusunu işlədin

select * from program_code

Daha sonra source sütununa mouse ilə 2 dəfə vurun, redaktə rejiminə keçəcək və sağ tərəfdə qələm işarəsi çıxacaq. Həmin işarəyə vurduqda isə aşağıdakı şəkildəki kimi View value adlı pəncərə çıxacaq və onun daxilində ClobManager.java kodunu görmək olar.

BLOB tipli məlumatı görmək üçün də eyni qaydada qələm işarəsinə vururuq və açılan View Value pəncərəsinin aşağı hissəsində View as Image checkbox-unu seçməklə bazaya yazdığımız şəkli görə bilərik.

Proyekti  http://www.boxca.com/z27tv2jpcac0/LobManager.zip.html adresindən yükləyə bilərsiniz.

Suallarınız, təklif və tənqidləriniz üçün şərh yaza bilərsiniz. Ümid edirəm ki, faydalı oldu.

Qaynaqlar

1.Oracle® Database JDBC Developer’s Guide and Reference, 10g Release 2 (10.2) Part Number B14355-04

http://download.oracle.com/docs/cd/B19306_01/java.102/b14355/oralob.htm#g1070326

2.Expert Oracle JDBC Programming

http://www.amazon.com/Expert-Oracle-JDBC-Programming-Menon/dp/159059407X

Tam Yazını Oxu | Make a Comment ( 10 so far )

« Əvvəlki yazılar

    Haqqında

    Java ilə obyekt yönlü proqramlaşdırma, Java web proqramlaşdırma, Oracle SQL, PL/SQL proqramlaşdırma, optimallaşdırma

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...