Seminar

“İKT sahəsində əsas istiqamətlər və iş imkanları” seminarı baş tutdu.

Posted on 29 Oktyabr 2011. Filed under: Seminar | Etiketlər: , , , , , |

Xəzər Mühəndislər Cəmiyyətinin İT və Kompüter Mühəndisliyi olaraq təşkil etdiyimiz “İKT sahəsində əsas istiqamətlər və iş imkanları” adlı seminar bu gün Qafqaz Universitetində baş tutdu. Seminarda rekord sayda 120 nəfər tələbə iştirak etdi, salon tam doldu, hətta əlavə stullar gətirildi.

Seminar haqda əvvəldən elan vermişdim:

https://raminorucov.wordpress.com/2011/10/24/seminar-ikt-sahesinde-esas-istiqametler-ve-is-imkanlari/

Təqdimatı buradan yükləyə bilərsiniz:

http://www.slideshare.net/raminorujov/ikt-sahsind-sas-istiqamtlr-v-i-imkanlar

Seminar haqda Xəzər Mühəndislər Cəmiyyətinin saytında ətraflı yazı çıxıb:

http://thecesworld.org/az/?p=1505

İştirakçılardan Fərhad Ələkbərovun seminar haqda yazısı:

http://elekberov.com/ces-t%c9%99dbiri-ugurla-basa-vurdu/

Seminardan bəzi şəkillər:

Tam Yazını Oxu | Make a Comment ( 10 so far )

Seminar: “İKT sahəsində əsas istiqamətlər və iş imkanları”

Posted on 24 Oktyabr 2011. Filed under: Seminar | Etiketlər: , , , |

Hədəf auditoriya: İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində təhsil alan, son kursda oxuyan tələbələr, məzunlar və başqa ixtisas üzrə təhsil almış, amma İKT üzrə karyera qurmaq istəyən hər kəs bu seminarda iştirak edib faydalana bilər.

Azərbaycan dilində elan: http://thecesworld.org/az/?p=1454

İngilis dilində elan: http://thecesworld.org/site/2011/10/upcoming-seminar-the-main-trends-and-business-opportunities-in-the-sphere-of-ict-by-ramin-orujov/

Tam Yazını Oxu | Make a Comment ( 4 so far )

Baku GTUG ilk “Hello World” tədbiri uğurla keçdi.

Posted on 20 Avqust 2011. Filed under: Seminar | Etiketlər: , , , |

Bu gün 20 Avqust tarixində Bakı Dövlət Universitetinin yeni tədris binasının akt zalında Baku Google Technology User Group-un “Hello World” adlı ilk tədbiri baş tutdu.

Baku GTUG Kamran Səmədli və Elvin Əfəndiyev tərəfindən yeni yaradılmış açıq bir qrupdur. Google technology user group-larda rəsmi olaraq qeydiyyatdan keçmişdir. http://baku.gtugs.org/

Belə bir qrupun yaranması haqda öyrənən kimi qeydiyyatdan keçdim, çünki özüm hal hazırda Android mobil platforması ilə çox maraqlanıram və məşğul oluram.Qrupun ilk tədbirinin müzakirələri zamanı mənə çıxış etməyi təklif etdilər, mən də Android platforması haqqında ümumi məlumat verici təqdimat üçün razılıq verdim.

İlk olaraq Kamran Səmədli və Elvin Əfəndiyev GTUG barədə ətraflı məlumat verdilər, Baku GTUG qrupunun məqsədi və fəaliyyət sahəsi barədə bildirdilər.

http://www.slideshare.net/farikus/baku-gtug-prezentasiyam

http://www.slideshare.net/farikus/baku-gtug

Daha sonra Əli İsmayılov Google APİ-lar haqqında təqdimat etdi.

Sonuncu mənim təqdimatım isə Android platformu haqqında ümumi məlumatlardan ibarət idi.

Təqdimatım aşağıdakı mövzuları əhatə edirdi:

  • Android nədir?
  • Android arxitekturu
  • Android proqramlaşdırma
  • Android application store-lar
  • Proqramlar
  • Təhlükəsizlik məsələləri
  • Azərbaycanda Android

Təqdimatın sonunda Azərbaycanlı Android proqramçılar Amid Quliyev, Məcid Cəbrayılov, Elvin Hacı, Rəcəb Davudov və onları proyektləri haqqında da məlumat verdim.

Təqdimat müddətində iştirakçılar üçün maraqlı bir neçə videolar da göstərdim. Ümid edirəm ki, hamı bəyəndi 🙂

http://www.youtube.com/watch?v=ZwzXvRpoPP4

http://www.youtube.com/watch?v=1Bk_nqUQ0fc

http://www.youtube.com/watch?v=bNNzRyd1xz0

http://www.youtube.com/watch?v=DpLRQy5cNIc

http://www.youtube.com/watch?v=fJMLr8BDQq8

http://www.youtube.com/watch?v=g9JBSEBu2q8

Mənim təqdimatıma aşağıdakı linkdə baxa bilərsiniz:
http://www.slideshare.net/raminorujov/android-platform-8936865

Tədbir haqqında artıq bir neçə yerdə məlumat verilib:

Fərhad Ələkbərova maraqlı və xoş rəylərinə görə təşəkkür edirəm: http://elekberov.com/?p=332

İnfoCity-də çıxmış xəbərə görə də Fərhada təşəkkürlər: http://www.infocity.az/index.php/news/90-courses-seminars/747-gtug

Şəkillərə görə Rəşad Əliyevə minnətdarlığımı bildirirəm.

Tam Yazını Oxu | Make a Comment ( 3 so far )

7 May Oracle konfransı

Posted on 11 Aprel 2011. Filed under: Oracle, Seminar | Etiketlər: , , , , |

7 May tarixində CETÜRK tərəfindən təşkil olunan Oracle konfransında “Oracle proqramçı karyerası” ilə bağlı çıxış edəcəyəm.
Təqdimatda aşağıdakı mövzulara toxunacağam:
1.Oracle proqramçı nələri bilməlidir?
2.Oracle proqramçı necə olmaq olar?
3.Oracle proqramçılar üçün iş imkanları
4.Oracle SQL və PL/SQL sertifikatları haqqında

Tarix: 7 May şənbə günü saat 10:00-18:00
Yer: Azərbaycan Texniki Universiteti
Yer: Gəncliyə Yardım Fondu, Bakı şəhəri, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi 16

Ətraflı məlumat: http://www.ceturk.com/ceturk-azerbaycan-oracle-konferansi
Oracle ilə maraqlanan hər kəs dəvətlidir.

Tam Yazını Oxu | Make a Comment ( 11 so far )

Seminar materialları

Posted on 14 Mart 2010. Filed under: Seminar | Etiketlər: , , , , , , , , , , , , , , , , |

13 Mart 2010 tarixində Qafqaz universitetində verdiyim  “İKT sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi” seminarına gəlmiş bütün iştirakçılara və təşkilatçılara minnətdarlığımı bildirirəm. Təxmini 40 nəfər iştirak etdi. Ümid edirəm ki, iştirakçılara maraqlı və faydalı oldu.
Seminar təqdimatını və digər materialları aşağıdakı linklərdən yükləyə bilərsiniz
1.Təqdimat(MS Powerpoint faylı)
2.Təqdimat +digər materiallar(zip faylı)

İstəyənlər fikirlərini, təklif və tənqidlərini şərh olaraq yaza bilərlər.

Tam Yazını Oxu | Make a Comment ( 10 so far )

Seminar: “İKT sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi”

Posted on 10 Mart 2010. Filed under: Seminar | Etiketlər: , , , , , , , , , , , , , , , , |

Axtunq axtunq, diqqət, diqqət 🙂

Bu həftə şənbə günü Qafqaz universitetində seminar verəcəm. İştirak sərbəstdir, qeydiyyat hər kəs üçün açıqdır və pulsuzdur.

Seminar tam adı: İnformasiya Kommunikasiya Texnologiyaları sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi

Yer: Qafqaz universiteti seminar salonu

Tarix: 13 Mart 2010 saat 10:30

Nəzərdə tutduğum hədəf auditoriya aşağıdakılardır:

1.Kompüter mühəndisliyi son kurs tələbələri – karyera seçimi və iş ilə bağlı qərar vermək üçün köməklik

2.Kompüter mühəndisliyi aşağı kurs tələbələri -gələcəyə yönəlik karyera hədəfləri haqqında onları düşündürmək və məlumatlandırmaq

3.Başqa sahə üzrə təhsil alan və ya oxuyan, amma İKT sahəsinə keçmək istəyənlər – iş həyatında yeni səhifə açmaq istəyənləri məlumatlandırmaq

Seminarda aşağıdakı mövzular haqqında məlumat verəcəm:

1.İKT sahəsindəki beynəlxalq sertifikatlar
2.Sertifikatların bilik və təcrübə səviyyəsinə görə təsnifatı
3.Sertifikatların İKT sahələrinə görə təsnifatı
4.Sertifikatın önəmi
5.Sertifikatın faydaları

Ümid edirəm ki, seminar iştirakçıları üçün faydalı olacaq.


Tam Yazını Oxu | Make a Comment ( 12 so far )

    Haqqında

    Java ilə obyekt yönlü proqramlaşdırma, Java web proqramlaşdırma, Oracle SQL, PL/SQL proqramlaşdırma, optimallaşdırma

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...