Sun Certified Java Programmer


2008-ci ilin Noyabr ayında sertifikat imtahanı üçün hazırlaşmağa başladım.
11 Fevral 2009-cu il tarixində Softline şirkətində imtahan üçün qeydiyyatdan keçdim.
14 Fevral 2009-cu il tarixində imtahana girdim və keçdim.
15 Mart 2009-cu il tarixində sertifikat yaşadığım ünvana poçt ilə gəlib çatdı.

Paketin içindəkilər bunlardır:

1.Möhürlü SCJP 6 sertifikatı

2.SCJP vizit kartı

Email adresimə göndərilən saytda qeydiyyatdan keçdim və aşağıdakı SCJP loqosunu yüklədim.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

27 Cavab to “Sun Certified Java Programmer”

RSS Feed for Ramin Orucovun Java və Oracle bloqu Comments RSS Feed

tebrikler. bu sertifikat sene ne verir esasen, nede faydali olacaq sene?

Təşəkkürlər! Sertifikatın faydaları çoxdur:
1.Bilik və təcrübə – sertifikata hazırlaşarkən bir çox incəlikləri öyrənirsən, hansı ki gündəlik işində onu bəlkə də istifadə etmirsən. Daha az səhv edirsən, yazdığın proqramların keyfiyyətinə təsir edir.
2.Üstünlük – səni rəqiblərindən fərqləndirir, müəyyən dərəcədə bilik və bacarığının rəsmi sübutudur demək olar.
3.Prestij – sertifikatlı mütəxəssislər azdır, reklamın özündən qabaqda gedir🙂
4.Maddi – maaş artımı, premiya və s.

Mən artıq xeyrini görmüşəm, sertifikat aldım, Azercelldən iş təklifi aldım və getdim🙂

ramin mellim salam.ben java yı bıraktım uje. artık kendi programlama dilimi yazıyorum.:))))))

Təbriklər müəllim!

Təşəkkür! 1 il əvvəl almışam🙂 İndi hədəf SQL və PL/SQL üzrə sertifikatlardır.

Sertifikatin quru goruntusu bele adamda fexr hissi oyadir. Inwallah PL/SQL imtahanindan da ugurla kecersiniz.

Çox sağ ol. İnşallah sənin üçün də olar!

Heyatda ugurlar sene.yerimde donub galmisam ehsen sene bundan da boyuk ugurlar ve naliyyetler arzulayiram.

Təşəkkür edirəm! Sizə də uğurlar diləyirəm!

Salam. Sizin bu post-unuzu oxuduqdan sonra men de qerara geldim ki, bu imtahana hazirlashim. Eger mumkunse hansi materiallarla hazirlashdiqinizi ve hansi test simulyatorlarindan istifade etdiyinizi yazasiniz. Evvelceden teshekur edirem.

Əleykə salam. Bu imtahana hazırlaşmazdan əvvəl Java üzrə iş təcrübə ən az 6 ay-1 il iş təcrübəsi yaxşı olardı.
Əsas kitab kimi bunu istifadə etmişəm.
http://www.amazon.com/SCJP-Certified-Programmer-Java-310-065/dp/0071591060
Həmin kitab ilə birlikdə gələn diskdə 2 simulyator imtahanı olur.
http://www.boxca.com/uw3cxwtdsl31/SCJP.rar.html

Eyni müəlliflərin təzə belə bir kitabı çıxıb:
http://www.amazon.com/Programmer-Practice-Exams-310-065-Certification/dp/0072260882/ref=pd_bxgy_b_text_b
Bu da faydalı olar yəqin ki.
Uğurlar!

Operativ “reply”-a görə təşəkkür edirəm.:)) Göstərdiyiniz kitablar imtahanda düşən sualları tam əhatə edirmi? Sizə imtahanda hansı suallar daha çətin gəldi? Əvvəlcədən təşəkkür edirəm.

Kitabda bütün imtahan mövzuları əhatə olunub. İmtahanda ən zəif yazdığım mövzu Generic Collections oldu.
Thread mövzusu da çətindi, amma ondan yaxşı yazmışdım.

Sherhlerde linklerini yerleshdiridiyiniz kitablar pulludur. Eger hemin kitablar sizde varsa bura yerleshdire bilersiz onlari?

1-ci kitab boxca.com-dakı SCJP.rar faylında var. 2-ci kitab məndə yoxdur.

Salam. Siz imtahani hansi dilde vermishdiniz ve cavablari imtahandan sonra derxal aldiz?

Eleyke salam. Imtahani ingilis dilinde vermisdim. Netice imtahandan sonra bilinir, print edib mohurleyib verirler. Sertifikat ise texmini 1aya gelir.

Salam, Ramin müəllim. Javanı təzə öyrənməyə başlamışam,zəhmət olmasa mənə Azeri,Rus dilində Java haqqında elektron ədəbiyyatlarin linklərini verərdiz. Videolarınıza baxdım, təzə Javaya başlayanlar üçün superdi, sizə təşəkkür edirəm, tez-tez belə videolar burda yerləşdirin.

Azərbaycan dilində Java dərslik yoxdur. Rus dilində bir neçə tərcümə kitab var, ozon.ru-dan ala bilərsiniz və ya internetdən tapa bilərsiniz.

Salam aleykum. Menim size sualim var: sertifikatin üstünde qeyd edilir ki neçə % suallara cavab vermisiz?

Əleykə salam. Sertifikat imtahanından çıxanda nəticəni çap edib verirlər, orda keçid balı və səhv yazdığınız mövzular ətraflı qeyd olunur. Sertifikat 1 ay sonra gəlir və orda keçid balı yazılmır.

Çox sagolun.

http://www.boxca.com/uw3cxwtdsl31/SCJP.rar.html
File Not Found

link qiriqdir, duzeldin lutfen.

Boxca.com faylı silib, məndə hal hazırda original fayl yoxdur.

Buyurun burdan yükləyin.
http://www.4shared.com/rar/gse_hpwE/scjp.html

Salam.Men Sql uzre sertifikat almaq isteyirem.Hansi movzular uzre hazirlashmaliyam.

Burada Oracle SQL Expert sertifikat imtahanı haqda ətraflı məlumat var.
http://education.oracle.com/pls/web_prod-plq-dad/db_pages.getpage?page_id=5001&get_params=p_exam_id:1Z0-047


Where's The Comment Form?

    Haqqında

    Java ilə obyekt yönlü proqramlaşdırma, Java web proqramlaşdırma, Oracle SQL, PL/SQL proqramlaşdırma, optimallaşdırma

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...

%d bloqqer bunu bəyənir: