Windows 7 əməliyyat sistemində Oracle 11g R2-nin qurulması

Posted on 10 Aprel 2010. Filed under: Oracle | Etiketlər: , , , , , |

Bu yazıda Oracle 11g R2 (11.2.0.1.0) verilənlər bazası idarəetmə sisteminin Windows 7 əməliyyat sistemində qurulmasını addım addım göstərəcəm.

1. Oracle 11g R2 (11.2.0.1.0) verilənlər bazası idarəetmə sisteminin Windows üçün olan versiyasını aşağıdakı saytdan yükləyin (2 zip faylından ibarətdir).http://www.oracle.com/technology/software/products/database/index.html

2.7zip və ya hər hansı bir Zip proqramı ilə 1-ci fayldakı database qovluğunu kompüterinizdə hər hansı bir yerə kopyalayın. Diqqət edin ki, 2-ci zip faylındakı database\stage\Components qovluğundakı komponentləri digər komponentlərin yanına kopyalayın.

3.setup.exe proqramını işə salın. İlk addımda qarşınıza aşağıdakı pəncərə gələcək. Burada email adresinizi daxil etsəniz, Oracle şirkəti sizə 11g R2 verilənlər bazası ilə əlaqəli təhlükəsizlik məsələləri və s. ilə bağlı məlumat göndərəcək.

4.Aşağıdakı pəncərədə 1-ci variantı seçirik.

5.Aşağıdakı pəncərədə Oracle ilə bağlı bir neçə məlumatı daxil etmək lazımdır:

1) Komponentlərin və data faylların yeri
2) Oracle növü – Enterprise Edition
3) Kodlaşdırma – Unicode (AL32UTF8)
4) Servis adı – ORCL11GR2
5) Administrator parolu və təkrarı

Əgər daxil etdiyiniz administrator şifrəsi Oracle şirkətinin tövsiyə etdiyi təhlükəsizlik standartlarına uyğun gəlmirsə, aşağıdakı kimi xəbərdarlıq pəncərəsi çıxacaq.

Oracle şirkəti tövsiyə edir ki, administrator şifrəsinin uzunluğu minimal 8 simvol olmalıdır və onlardan heç olmasa biri böyük hərf, biri kiçik hərf, biri də rəqəm olmalıdır.

6.Aşağıdakı pəncərədə gördüyünüz kimi sistem tələbatları(RAM, harddiskdə boş yer və s.) yoxlanılır.

7.Artıq Oracle-ın qurulması üçün hazırıq, seçdiyimiz konfiqurasiya məlumatları aşağıda kimidir.

8.Oracle-ın qurulması başlandı.

Details düyməsinə vurmaqla açılan pəncərədə hal hazırda davam edən əməliyyatları görmək mümkündür.

9.Database Configuration Assistant (DBCA) yeni Oracle bazanı yaratmağa başladı.

Məndə Oracle Enterprise Managerin (OEM) konfiqurasiyası zamanı aşağıdakı xəbərdarlıq çıxdı, ümid edirəm ki, sizdə belə olmaz 🙂

10.Yeni Oracle bazası artıq quruldu, indi isə “Password Management” düyməsinə vurub növbəti pəncərədə default Oracle istifadəçilərindən lazım olanları aktivləşdirib, şifrələrini dəyişmək lazımdır.

HR, OE və SCOTT istifadəçilərini aktivləşdirib şifrələrini dəyişirəm.

Yenə zəif şifrə barədə xəbərdarlıq pəncərəsi çıxır.

11.Oracle 11g R2 artıq yükləndi!

12.SQL Developer ilə yeni bazaya qoşuluruq.

Oracle versiyasını yoxlayıb əmin olaq 🙂

Ümid edirəm ki, hər şey aydın oldu. Sual və təklifləriniz üçün şərh yaza bilərsiniz.
Uğurlar!

Tam Yazını Oxu | Make a Comment ( 16 so far )

    Haqqında

    Java ilə obyekt yönlü proqramlaşdırma, Java web proqramlaşdırma, Oracle SQL, PL/SQL proqramlaşdırma, optimallaşdırma

    RSS

    Subscribe Via RSS

    • Subscribe with Bloglines
    • Add your feed to Newsburst from CNET News.com
    • Subscribe in Google Reader
    • Add to My Yahoo!
    • Subscribe in NewsGator Online
    • The latest comments to all posts in RSS

    Meta

Liked it here?
Why not try sites on the blogroll...